Antalyada yeni neft quyusunda qazma işlərinə başlanılıb

Antalyada yeni neft quyusunda qazma işlərinə başlanılıb

Bakı. TurkicWorld:

TPAO tərəfindən Antalya Kumlucada Alakır-2 kəşfiyyat quyusu üçün qazma işlərinə başlanılıb.

TurkicWorld-un məlumatına görə, quyuda 950 metr dərinliyə enməklə neft ehtiyatlarının mövcudluğu və miqdarı müəyyən ediləcək. Qazma işləri 32 milyon lirəlik sərmayə ilə 14 min kvadratmetr sahədə aparılacaq.

Qeyd edək ki, hazırda Türkiyənin Siirt, Batman və Şırnak vilayətlərində neft kəşfiyyatı işləri davam edir. 2022-ci ilin dekabrında Şırnakın Qabar dağında 150 milyon barrel neft ehtiyatı aşkar edilən Şehit Esma Çevik (ŞEÇ) Neft Yatağının ehtiyat dəyərinin təxminən 12 milyard dollar olduğu açıqlanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_