Alparslan Bayraktar Moskvada "Aşağı Karbon Emissiyalı Enerji” sessiyasında iştirak edib

Alparslan Bayraktar Moskvada "Aşağı Karbon Emissiyalı Enerji” sessiyasında iştirak edib

Bakı. TurkicWorld:

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Moskvada "Aşağı Karbon Emissiyalı Enerji” sessiyasında iştirak edib.

TurkicWorl xəbər verir ki, nazir Bayraktar bu barədə öz rəsmi X (Twitter) sosial media hesabında bildirib.

“Rusiya Enerji Həftəsi çərçivəsində "Aşağı Karbon Emissiyalı Enerji” mövzusunda nazirlərin sessiyasında iştirak etdik. Tədbirdə nüvə enerjisi, bərpa olunan enerji və enerji təchizatı təhlükəsizliyi üçün enerji səmərəliliyi, rəqabətli enerji qiymətləri və karbon intensivliyinin azaldılması hədəflərinə əsaslanan transformasiya məqsədimizi vurğuladıq", - deyə o əlavə edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01