Son dəqiqə

Azərbaycan Türkiyə ASELSAN ASELSAN-Bakı

Rabitə, müdafiə və elektronika sahəsindəki sistemlərimiz Azərbaycanda geniş istifadə olunur - ASELSAN rəsmisi

Bakı. TurkicWorld:

Rabitə, müdafiə və elektronika sahəsindəki sistemlərimiz Azərbaycanda geniş şəkildə istifadə olunur.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin ASELSAN şirkətinin direktorunun müavini Mustafa Yaman deyib.

"25 ildir Azərbaycanda ASELSAN-Bakı adlı şirkət fəaliyyət göstərir. Türkiyədə istifadə etdiyimiz hər şeyi Azərbaycanın da istifadə etməsini istəyirik. "Biz əsgərlərin (Azərbaycan ordusunun) özləri ilə aparıb müəyyən ərazidə quraşdırıb istifadə etmələri üçün sistemlər təqdim edirik. Bu sistemlər sayəsində onlar taktiki sistemlərlə sahəyə çıxa bilir və oradakı bütün bölmələrin əlaqəsini təmin edə bilirlər. Bunu peyk rabitəsi ilə edirik. Peyk rabitəsi üçün terminallarımız və radiolink sistemlərimiz var", - deyə o əlavə edib.

Qeyd edək ki, ASELSAN-Bakı şirkəti Türkiyə Respublikasının ASELSAN A.Ş. tərəfindən 100% investisiya ilə yaradılıb. Şirkət 1998-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər