Krımdakı vətəndaşlarımızın haqlarını qorumaq üçün əlimizdən gələni etməyə hazırıq – Kurtulmuş

Krımdakı vətəndaşlarımızın haqlarını qorumaq üçün əlimizdən gələni etməyə hazırıq – Kurtulmuş

Bakı. TurkicWorld:

Krımdakı vətəndaşlarımızın haqlarını qorumaq üçün əlimizdən gələni etməyə hazırıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib.

"Krımdakı dostlarımız və qardaşlarımız əslində Türkiyənin canının bir parçasını təşkil edirlər. Krımdakı qardaşlarımızın hüquqlarını və qanunlarını qorumaq üçün hər bir platformada fikirlərimizi bildiririk" – deyə Kurtulmuş bildirib.

Məlumat üçün qeyd edək ki, Kurtulmuş Çexiyanın Ankaradakı səfiri Pavel Vacek və Ukraynanın Ankaradakı səfiri Vasil Bodnarı qəbul edib.

Vacek və Bodnar Kurtulmuşu 23-24 oktyabr tarixlərində Çexiyanın paytaxtı Praqada keçiriləcək Beynəlxalq Krım Platformasının İkinci Parlament Zirvəsinə dəvət edərək, Türkiyənin sammitə verdiyi töhfələr və Ukraynanın ərazi bütövlüyünə beynəlxalq dəstəkdən danışıblar.

Kurtulmuş Beynəlxalq Krım Platformasının İkinci Parlament Zirvəsinə Türkiyə olaraq qatılacaqlarını və zirvəyə önəm verdiklərini bildirib.

Hafiz Rufizoğlu