Türkiyə hərbi fabriklərinin bilik və təcrübəsi Naxçıvan Hərbi Zavoduna ötürülüb

Türkiyə hərbi fabriklərinin bilik və təcrübəsi Naxçıvan Hərbi Zavoduna ötürülüb

Bakı. TurkicWorld:

Türkiyə hərbi fabriklərinin bilik və təcrübəsi Naxçıvan Hərbi Zavoduna ötürülüb.

TurkicWorld-un məlumatına görə, Türkiyə müdafiə sənayesi Azərbaycan ordusuna quru nəqliyyat vasitələrinin texniki xidmət-təmir, yenilənmə və modernləşdirmə ehtiyaclarını xarici mənbələrdən asılı olmadan qarşılamaq imkanı verib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Hərbi zavod və gəmiqayırma zavodunu idarəetmə səhmdar cəmiyyəti (ASFAT) arasında imzalanmış müqavilə çərçivəsində başlanan Naxçıvan Hərbi zavodunun avadanlıqları layihəsi 7 ay kimi qısa müddətdə uğurla başa çatdırılıb.

ASFAT-ın dost və qardaş ölkələrlə əməkdaşlığının ən uğurlu nümunələrindən biri olan layihə ilə Türkiyə hərbi fabriklərinin 50 ildən artıq bilik və təcrübəsi Naxçıvan Hərbi Zavoduna ötürülüb.

Layihə çərçivəsində ASFAT tərəfindən Naxçıvan Muxtar Respublikasında texniki xidmət obyektində zəruri yoxlamalar aparılıb və tələblər müəyyən edilib. Fəaliyyətlərin davamlı olması üçün zəruri bölmə planlaşdırılması, maşın, dəzgah və digər avadanlıq tələbləri müəyyən edilib, Naxçıvan ordu komandanlığına təqdim edilib və müqavilə çərçivəsində layihəyə start verilib.

Layihənin məqsədi ilk növbədə obyektin infrastrukturunun ehtiyaclara cavab verməsi idi. Bu çərçivədə, elektrik infrastrukturu, xüsusi mərtəbə tikintisi, istilik sistemi, kran sisteminin və müxtəlif sexlərin quraşdırılması kimi məsələlər planlaşdırılmış və qısa müddətdə başa çatdırılmışdır.

Bu fəaliyyətlərlə eyni vaxtda, layihə çərçivəsində Türkiyə hərbi fabriklərində istehsal oluna bilən və quru nəqliyyat vasitələrinin texniki-təmiri, yenilənməsi və modernləşdirilməsi fəaliyyətlərində istifadə olunan maşın, avadanlıq, dəzgah və güc qrupu sınaq sistemləri də ASFAT tərəfindən Naxçıvan Hərbi Zavoduna təhvil verilib. Avadanlıqların böyük hissəsi yerli və milli imkanlarla hərbi zavodlarda istehsal olunub..

Qısa müddətdə və az xərclə həyata keçirilən layihə, Azərbaycanın digər hərbi zavodlarının və texniki-təmir müəssisələrinin də modernləşdirilməsini gündəmə gətirib. Digər obyektlər üçün ilkin tədqiqatlar ASFAT tərəfindən Azərbaycan Müdafiə Nazirliyi ilə razılaşdırılaraq aparılır.

Orduların fəaliyyətində davamlılığın təmin edilməsi üçün ən mühüm sərvətlərdən biri olan hərbi fabriklərin və texniki-təmir müəssisələrinin analoji modernizasiya layihələrinin həyata keçirilməsi üçün ASFAT tərəfindən digər dost və müttəfiq ölkələrdə də fəaliyyətlər davam etdirilir.

Qeyd edək ki, 25 sentyabr tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana səfər edib. Səfər çərçivəsində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatla birgə çıxış ediblər. R.T.Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasimində iştirak edib.

Aytac Süleymanova

Twitter: a_alieva_