Türkiyənin ilk kosmos səyahətçiləri mikroyosunlarla karbon qazını oksigenə çevirəcəklər

Türkiyənin ilk kosmos səyahətçiləri mikroyosunlarla karbon qazını oksigenə çevirəcəklər

Bakı. TurkicWorld:

Türkiyənin ilk kosmos səyahətçiləri mikroyosunlarla karbon qazını oksigenə çevirəcəklər.

TurkicWorld-un məlumatına görə, Türkiyənin ilk insanlı kosmos səyahəti çərçivəsində həyata keçiriləcək təcrübə ilə mikroyosun növlərinin karbon qazını oksigenə çevirmə performansı sensorlar vasitəsilə araşdırılacaq.

Türkiyə Kosmik Agentliyi (TUA) və TÜBİTAK Kosmik Texnologiyalar Araşdırma İnstitutu tərəfindən Cümhuriyyətin 100-cü ildönümü münasibətilə baş tutacaq Türkiyənin ilk insanlı kosmos missiyasında həyata keçirilməsi planlaşdırılan 13 təcrübə müəyyənləşib.

Bu təcrübələrdən biri olan "Kosmos missiyaları üçün həyat dəstək vahidləri" layihəsi ilə cazibə qüvvəsi olmayan şəraitdə böyümə və dözümlülük testlərini yerinə yetirmək, metabolik dəyişiklikləri araşdırmaq və karbon dioksidi tutma qabiliyyətini təyin etmək üçün bir həyat dəstək sistemi hazırlamaq məqsədi daşıyır.

Boğaziçi Universiteti ətraf - mühit elmləri institutunun professoru Berat Haznedaroğlu tərəfindən həyata keçirilən layihədə TÜBİTAK Mərmərə Araşdırma Mərkəzi (TÜBİTAK MAM) və İstanbul Mədəniyyət Universitetindən 8 alim iştirak edir. TÜBİTAK Kosmik İnstitutu da eksperimental qurğunun hazırlanmasına dəstək verir.

Təcrübə çərçivəsində kosmosa göndəriləcək 5 fərqli mikroyosun növü müəyyənləşdirilib. Haznedaroğlu və komandası Türkiyənin ilk kosmos səyahətçiləri Alper Gezeravcı və Tuva Cihangir Ataseverə layihə haqqında məlumat verib.

Haznedaroğlu qeyd edib ki, Türkiyənin ilk kosmos səyahətçiləri 14 günlük missiyaları zamanı dizayn etdikləri mikroyosun fotosintez qurğusunu kosmos stansiyasına aparacaqlar.

"Kosmos stansiyasının karbon dioksidini zənginləşdirib mikroyosun fotosintetik bölməsinə verəcəyik. Biz 14 gün ərzində karbon qazını oksigenə çevirmək üçün mikroyosun növlərinin performansını sensorlar vasitəsilə yoxlayacağıq. Eyni zamanda mikroyosunların cazibə qüvvəsində metabolik dəyişikliklərinin molekulyar analizlərini aparacağıq",- deyə Haznedaroğlu bildirib.

Berat Haznedaroğlu əlavə edib ki, kosmik missiyanın sonunda nümunələr “RNT qoruyucu” adlı məhlulun içinə alınacaq, bu, kosmos stansiyasındakı mikroyosunların metabolik vəziyyətini donduracaq və əvvəlcə ABŞ-a, sonra da soyuq zəncirlə Türkiyəyə gətiriləcək.

Aytac Süleymanova

Twitter: a_alieva_