Hakan Fidan Malayziyanın XİN rəhbəri ilə görüşüb

Hakan Fidan Malayziyanın XİN rəhbəri ilə görüşüb

Bakı. TurkicWorld:

Türkiyə Xarici İşlər naziri Hakan Fidan Malayziyanın Xarici İşlər naziri Zambry Abd Kadir ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

“Hakan Fidan Bağdadda Malayziya xarici işlər naziri Zambry Abd Kadir ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlər və anti-islamizmlə bağlı atıla biləcək addımlar müzakirə olunub.”- deyə nazirliyin açıqlamasında bildirilib.

Məlumat üçün qeyd edək ki, Hakan Fidan Bağdadda İraq Türkmən Cəbhəsinin (İTC) və İraq Türkmən İcmasının liderləri ilə görüş keçirib.

Hafiz Rufizoğlu