Türkiyə Anadoluda 19 yeni logistika mərkəzi yaradacaq

Türkiyə Anadoluda 19 yeni logistika mərkəzi yaradacaq

Bakı. TurkicWorld:

Türkiyə Anadoluda qurulacaq 19 yeni logistika mərkəzi ilə Avropa-Çin ticarət trafikində mühüm rol oynayacaq və 600 milyard dollarlıq ticarətin gedişatını dəyişəcək.

TurkicWorld xəbər verir ki, Orta Dəhliz adlanan bu layihə dəniz yolu ilə müqayisədə daşıma müddətini qısaltmaqla Türkiyənin Asiyada yük daşımalarını sürətləndirməyi hədəfləyir.

Məlumata əsasən, bu layihə tarixi İpək Yolunun dirçəldilməsi üçün mühüm addım kimi qiymətləndirilir.

Qeyd edək ki, Orta dəhliz layihəsi Türkiyədən başlayaraq Qafqaz, Türkmənistan, Qazaxıstan, Orta Asiya və Çinə uzanan bir planı əhatə edir. Dəniz yolu ilə müqayisədə daha sürətli və qənaətcil olan Orta Dəhliz 2 min kilometr daha qısa marşrut təklif edir və daşıma müddətini 15 gün müddətinə qısaldır.

Ləman Əsədli
Twitter: lamanasadli01