Türkiyənin CANiK M3 silahı IDEF-23-də nümayiş etdirilib

Türkiyənin CANiK M3 silahı IDEF-23-də nümayiş etdirilib

Bakı. TurkicWorld:

Türkiyənin CANİK silah istehsal şirkəti tərəfindən hazırlanan CANiK M3 zenit silahı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi IDEF-2023-də nümayiş etdirilib.

Bu barədə TurkicWorld-ə Türkiyə hərbi saytından məlumat verilib.

Məlumata əsasən, sərgidə CANİK tərəfindən istehsal edilən 12,7 mm-lik zenit silahı olan CANiK M2 QCB-nin təkmil yeni versiyası və yüksək texnologiyalı yüngül strukturu və 30x113 mm-lik silahın atəş gücünü birləşdirən TRAKON ilk dəfə nümayiş etdirilib.

Dəniz, hava və quru platformaları üçün böyük əhəmiyyət kəsb edən 30x113 mm-lik topların istehsal edən CANiK silah istehsalçısı silahlı qüvvələrə qazandıracağı imkanlarla Türkiyənin gücünə güc qatmağı hədəfləyir.

Qeyd edək ki, CANİK 2022-ci ildə silah istehsalı sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan British AEI Systems-i satın alıb.

Məlumat üçün bildirək ki, 25-28 iyul tarixlərində Türkiyə Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Türkiyə Silahlı Qüvvələri Fondunun rəhbərliyi ilə təşkil edilən IDEF-23 bu il 16-cı dəfə keçirilir.

Ləman Əsədli

Twitter: lamanasadli01