Danimarka rəsmiləri nifrət cinayətinin təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir – Türkiyə XİN

Danimarka rəsmiləri nifrət cinayətinin təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir – Türkiyə XİN

Bakı. TurkicWorld:

Danimarka rəsmiləri nifrət cinayətinin təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.

Türkiyə XİN, Danimarkanın paytaxtı Kopenhagendə Türkiyənin səfirliyi qarşısında Qurani-Kərimə qarşı davam edən hücumları kəskin şəkildə pisləyib.

“Həyata keçirilən tədbirlərdən sonra səfirliyimizin qarşısında olan müqəddəs kitabımız Qurani-Kərimə qarşı edilən hücumları ən sərt şəkildə qınayırıq.” – deyə açıqlama qeyd olunub.

XİN bildirib ki, bu cür hücumların milyardlarla müsəlmanı təhqir etməklə yanaşı, həm də sosial sülhə və birlikdə yaşama mədəniyyətinə zərər verir.

Xatırladaq ki, iyunun 28-də İraqdan olan 37 yaşlı mühacir Salvan Momika Stokholmun mərkəzindəki məscid yaxınlığında Quran yandırmaq aksiyası keçirib.

Momika iyulun 20-də İraqın Stokholmdakı səfirliyinin qarşısında polisin mühafizəsi altında Quranı və İraq bayrağını tapdalayıb.

Danimarkada iyulun 22-də İraqın Kopenhagendəki səfirliyi qarşısında Quran yandıran qrup, iyulun 24-də İran və İraq səfirliyi qarşısında Quranı yandırıb.

Qrup daha əvvəl Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Türkiyə bayrağına və Qurana hücum edərək İslamı təhqir etmişdi.

Danimarkada İslam əleyhdarı və ifrat millətçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri bu gün Misirin, daha sonra Türkiyənin Kopenhagendəki səfirliyinin qarşısında Quranı yandırıblar.

Hafiz Rufizoğlu