Türkiyə XİN rəhbəri Malayziyada bir sıra görüşlər keçirib

Türkiyə XİN rəhbəri Malayziyada bir sıra görüşlər keçirib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cakartada keçirilən ASEAN Sammitində iştirak etdikdən sonra Malayziyaya səfər edib.

TurkicWorld xəbər verir ki, burada Türkiyənin xarici işlər naziri Malayziyanın baş naziri Ənvər İbrahim, xarici işlər naziri Zambri Əbdül Qədir, eləcə də baş nazirin köməkçisi Əhməd Zahid Həmidi ilə görüşüb.

Görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.