Hakan Fidan Malayziyaya səfər edəcək

Hakan Fidan Malayziyaya səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər naziri Hakan Fidan Malayziyaya səfər edəcək.

TurkicWorld-un məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Malayziyanın xarici işlər naziri Zambri Abd Kadirin dəvəti ilə 15-16 iyul tarixlərində Malayziyaya səfər edəcək.

Səfər zamanı hər iki ölkənin xarici işlər naziri ikitərəfli əlaqələr, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsi müxtəlif aspektlərdən, regional miqyasda müzakirə olunacaq və cari beynəlxalq hadisələrə dair fikir mübadiləsi aparılacaq.