Son dəqiqə

Azərbaycan Türkiyə Trabzon

Azərbaycanın turizm agentlikləri Trabzonun sağlamlıq turizmi imkanları ilə tanış olublar

Bakı. TurkicWorld:

Azərbaycanın turizm agentlikləri Trabzon Ticarət və Sənaye Palatasının (TTSO) başlatdığı işlər çərçivəsində, Trabzonun sağlamlıq turizmi imkanları ilə tanış olublar.

TurkicWorld-un məlumatına görə, Azərbaycandan olan turizm agentliyi nümayəndələri Trabzon Ticarət və Sənaye Palatasının (TTSO) İdarə Heyətinin sədri Erkut Çələbi, Bölgə Sağlamlıq müdiri Hakan Usta və hər iki qurumun müvafiq şəxsləri ilə görüş keçiriblər.

Azərbaycandan olan agentlik nümayəndələri, Trabzonda sağlamlıq turizmi icazə sertifikatı olan xəstəxana və səhiyyə ocaqlarına baş çəkib, aparılan müalicə, cərrahi əməliyyatlar və texniki imkanlar barədə məlumat alıblar.

TTSO İdarə Heyətinin sədri Erkut Çələbi qeyd edib ki, Trabzonda sağlamlıq turizmini artırmaq üçün işlərini davam etdirirlər.

"Məqsədimiz alternativ turizmi inkişaf etdirərək şəhərimizdə turizmi yüksək zirvəyə çatdırmaqdır", - deyə sədr bildirib.

Mövzuya görə xəbərlər