Özbəkistan Hatayda yaşayış evlərinin tikintisinə başlayacaq

Özbəkistan Hatayda yaşayış evlərinin tikintisinə başlayacaq

Bakı. TurkicWorld:

Özbəkistan, Türkiyənin Hatay əyalətində yaşayış evlərinin, uşaq bağçaları və ibtidai məktəblərin tikintisinə başlayacaq.

TurkicWorld-un məlumatına görə, bu barədə Özbəkistanın İstanbuldakı baş konsulluğundan bildirilib.

"Zəlzələdən zərər çəkənlər üçün Özbəkistan tərəfindən hazırlanan 66 konteynerdən 57-si Hatay şəhərinə gətirilib. Ən qısa zamanda isə ölkəmiz tərəfindən Hatay şəhərində yaşayış evləri, uşaq bağçası və ibtidai məktəb tikintisinə başlanılacaq”, - deyə konsulluqdan bildirilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.