Əminə Ərdoğan İçərişəhər haqqında paylaşım edib

Əminə Ərdoğan İçərişəhər haqqında paylaşım edib

Bakı. TurkicWorld:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı, Əminə Ərdoğan öz rəsmi twitter hesabında İçərişəhər haqqında paylaşım edib.

TurkicWorld-un məlumatına görə, rəsmi səfəri çərçivəsində bugün Azərbaycana gələn Türkiyə Prezidenti Ərdoğanı, həyat yoldaşı Əminə Ərdoğan müşayiət edir. Bu səfər çərçivəsində İçərişəhəri ziyarət edən Türkiyənin birinci xanımı Əminə Ərdoğan bununla bağlı öz rəsmi twitter hesabinda paylaşım edib.

"Azərbaycan Prezidentinin xanımı, dostum Mehriban Əliyeva ilə Bakının tarixi özəyi olan İçərişəhərdə olduq. YUNESKO tərəfindən ən qədim yaşayış məskəni kimi qorunan bu bölgə bir çox fərqli mədəniyyətin izlərini daşıyır. Ailə Xəzinəsinə Axan Dəstək Mərkəzini (ABAD) araşdırdım və səlahiyyətlilərdən məlumat aldım. Layihənin təşkilatçılığı ilə ənənəvi əl işləri Azərbaycanda yaşadılır, dünyaya tanıdılır və ailə iqtisadiyyatına töhfə verilir. Əl əməyi olan işlərin hər birinə heyran olmamaq mümkün deyil. Həm ölkəni, həm də türk mədəniyyətini brendləşdirmək naminə bu layihəni həyata keçirən hər kəsi ürəkdən təbrik edirəm", - deyə paylaşımda qeyd olunub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan bugün Azərbaycana rəsmi səfər edib.