BƏƏ ilə Türkiyə arasındakı əməkdaşlığın yeni mərhələsinə şahid oluruq – Nazir

BƏƏ ilə Türkiyə arasındakı əməkdaşlığın yeni mərhələsinə şahid oluruq –  Nazir

Bakı. TurkicWorld:

BƏƏ ilə Türkiyə arasındakı əməkdaşlığın yeni mərhələsinə şahid oluruq.

TurkicWorld-un məlumatına görə, bu haqda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri Abdullah bin Tavk əl-Merri deyib.

O bildirib ki, BƏƏ-Türkiyə iqtisadi əlaqələri bölgənin və dünyanın şahidi olduğu müxtəlif dəyişikliklərə baxmayaraq, son illərdə böyümə və inkişafını davam etdirməyi bacarıb.

“İki ölkə arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması ilə, ticarət, iqtisadiyyat və investisiya imkanları baxımından zəngin və ümidverici gələcək bizi gözləyir” – deyə o qeyd edib.

Məlumat üçün qeyd edək ki, martın 3-də iki ölkə arasında imzalanan Türkiyə-BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin BƏƏ iqtisadiyyatında təxminən 25 min, Türkiyə iqtisadiyyatında isə 100 min iş yerinin yaradılması gözlənilir.