Türk ordusu yeddi terrorçunu zərərsizləşdirib

Türk ordusu yeddi terrorçunu zərərsizləşdirib

Bakı. TurkicWorld:

Türk ordusu Fərat Qalxanı bölgəsində yeddi terrorçunu zərərsizləşdirib

TurkicWorld-un məlumatına görə, bu haqda Türkiyənin Milli Müdafiə Nazirliyi öz Twitter hesabında paylaşım edib.

"Terror təşkilatı PKK/YPG Fərat Qalxanı bölgəsindəki Cibrin bazası ərazisi ilə Öncüpınar polis şəhərciyinə eyni vaxtda minaatan/çox lüləli raket hücumu həyata keçirib. Hücumun təşkil edildiyi yerlər müəyyənləşdirilərək və Türkiyə Silahlı Qüvvələri tərəfindən cavab verilib” – deyə açıqlamada qeyd edilib

Xatırladaq ki, bu gün Kilisin Öncüpınar bölgəsinə raket hücumu həyata keçirilib.

Ölən və yaralananlar yoxdur.