Adana Bələdiyyə Başçısı Ərdoğanın açdığı körpü ilə gediş-gəlişə icazə vermir

Adana Bələdiyyə Başçısı Ərdoğanın açdığı körpü ilə gediş-gəlişə icazə vermir

Bakı, TurkicWorld:

Türkiyənin müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) Adana Bələdiyyə Başçısı Zeydan Karalar prezident Rəcəb Tayyib Ərdoğanın açdığı 15 İyul Şəhidlər Körpüsündən avtobusların keçməsinə icazə vermir.

TurkicWorld xəbər verir ki, bu hadisə vətəndaşların kütləvi narazılığına səbəb olub.

Qeyd edək ki, Türkiyənin Seyhan və Yüreğir rayonlarını ayıran 1 min 669 kilometr uzunluğundakı 15 İyul Şəhidlər Körpüsü ölkənin dördüncü ən böyük körpüsüdür.

Türkiyənin 4-cü ən böyük körpüsü 28 aprel 2023-cü il tarixində prezident Ərdoğan tərəfindən adanalıların xidmətinə verilib.

Ləman Əsədli
Lamanasadli01