Azərbaycana etdiyimiz dəstəklərdən sonra bizə tətbiq edilən embarqolara qarşı durmağa davam edirik - Haluk Bayraktar

Azərbaycana etdiyimiz dəstəklərdən sonra bizə tətbiq edilən embarqolara qarşı durmağa davam edirik - Haluk Bayraktar

Bakı, TurkicWorld:

Qarabağı işğaldan azad etmək üçün Azərbaycana göstərdiyimiz dəstəklərdən sonra Türkiyəyə qoyulan embarqolarla mübarizəyə davam edirik, TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar öz rəsmi twitter hesabında bildirib.

"İndi həm Türkiyənin inventarında olan, həm də xarici ölkələrə ixrac edilən PUA-larda Aselsan şirkəti tərəfindən istehsal edilən CATS milli elektro-optik sistemindən istifadə edilir. Milli kameramız CATS indiyədək 12 müxtəlif ölkəyə ixrac edilib", - deyə H.Bayraktar qeyd edib.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dron və PUA-larla dəstəyinə görə Kanada Türkiyəyə embarqo tətbiq edib.

Ləman Əsədli
Lamanasadli01