Ermənistan Azərbaycan və Türkiyə ilə sülhü təmin etməsə öz-özünü yox edəcək - Yücel Karauz

Ermənistan Azərbaycan və Türkiyə ilə sülhü təmin etməsə öz-özünü yox edəcək - Yücel Karauz

Bakı. TurkicWorld:

Nikol Paşinyan bilir ki, Ermənistanın tək çıxış yolu Azərbaycan və Türkiyə ilə sülh əldə etməkdir.

TurkicWorld xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib:

"Amma öz xalqını razı salmağı, havadarlarının məmnun etmək üçün vaxta ehtiyacı var. Əsas vaxtda xalqın bu reallıqla üzləşib bunu qəbul etməsinə lazımdır. Paşinyan bu cür sülhyönümlü açıqlamalar verməktənsə bu istiqamətdə real addımlar atmalıdır. Real addım atmağa da gücü çatmır. Ölkədə tam mənada xalqı və ordunu idarə etməyə qadir deyil. Xalqın içərisində hər biri pulunu fərqli ölkədən alan xarici əlaqəli güclər var. Bu güclər xalq arasında iğtişaş yaradırlar. Paşinyan Qarabağın Azərbaycan olduğunu qəbul edirsə, orada qanunsuz silahlı birləşmələri çıxarmalı, onlara silah-sursat daşınması dayandırmalı,hələ də mina döşənməsinə son verməlidir. Azərbaycanın da səbrinin həddi var" - deyə o qeyd edib.

Y.Karauz həmçinin bildirib ki, vasitəçilərlər olan hər görüş əvvəlində Ermənistan sərhəddə təxribat törədərək həm zaman qazanmağa, həm də gündəliyi dəyişməyə çalışır.

"Sülh masasından qalxmaq heç kəsə fayda verməz. Ermənistan Azərbaycan və Türkiyə ilə sülhü təmin etməsə öz-özünü yox edəcək. Paşinyan bunu çox yaxşı bilir. Azərbaycan torpaqlarına və əsgərlərinə edilən hər cür təxribatın qarşısını alıb, misli ilə cavab verib və verəcəkdir", - deyə o əlavə edib.