Azərbaycanla Türkiyə arasında ortaq universitetin yaradılması prosesinin sürətləndirilməsi üçün öz dəstəyimizi göstərməyə davam edəcəyik - Mahmut Özer

Azərbaycanla Türkiyə arasında ortaq universitetin yaradılması prosesinin sürətləndirilməsi üçün öz dəstəyimizi göstərməyə davam edəcəyik - Mahmut Özer

Bakı. TurkicWorld:

Türkiyənin Milli təhsil naziri Mahmut Özer Azərbaycana etdiyi rəsmi səfər çərçivəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşüb.

TurkicWorld-un məlumatına görə, nazir Türkiyənin Azərbaycanla təhsil sahəsində qurduğu əməkdaşlıqdan çox məmnun olduğunu qeyd edib.

“Həqiqətən də Türkiyə son 20 ildə təhsil sahəsində böyük dəyişikliklərdən keçib. Biz təhsil sahəsində əldə etdiyimiz təcrübələri qardaş ölkə ilə paylaşmaqdan çox sevincliyik.” – deyə nazir əlavə edib.

Özer, Türkiyənin Maarif Vəqfinin Azərbaycanda açılışına göstərdiyi dəstəyə görə naziri Əmrullayevə təşəkkür edib.

"İnanıram ki, Türkiyə Maarif Vəqfinin açılması əməkdaşlığımızın möhkəmlənməsində böyük dönüş nöqtəsi olacaq. Bununla yanaşı, Azərbaycanda hər iki ölkənin prezidentləri tərəfindən imzalanan müqavilə ilə universitetin yaradılması prosesinin sürətləndirilməsi üçün öz dəstəyimizi göstərməyə davam edəcəyik.” – deyə o vurğulayıb.