BAKI, TurkicWorld
Türkiyə Türkmənistanı Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv olmağa dəvət edib.
TurkicWorld xəbər verir ki, bu təklif Türkmənistan Milli Məclisinin sədri Dünyagözəl Gülmanovanın rəhbərlik etdiyi Türkmənistan parlamenti nümayəndə heyətinin Ankaraya səfəri zamanı səsləndirilib.
Görüş zamanı tərəflər parlamentlərarası əməkdaşlığın dövlətlərarası əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. Həmçinin, ikitərəfli əsasda yaradılan parlament dostluq qruplarının qanunvericilik sahəsində təcrübə mübadiləsinə və parlament diplomatiyasının inkişafına şərait yaradacağına dair əminlik ifadə olunub.
TürkPA Qazaxıstan, Türkiyə, Azərbaycan və Qırğızıstanın daxil olduğu beynəlxalq təşkilatdır.
Bundan əvvəl bildirilib ki, Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasının 13-cü plenar iclası və Assambleya Şurasının toplantısı keçirilib. Tədbirdə Milli Məclisin sədri Erlan Koşanovun rəhbərlik etdiyi Qazaxıstan parlamentinin nümayəndə heyəti iştirak edib.
Eyni zamanda, Türkmənistanın Türkiyəyə qaz tədarük etməyi planlaşdırdığı barədə məlumat yayılmışdı.