Bakı,TurkicWorld
Özbəkistanın prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan prezidenti Sadır Japarov, Qazaxıstanın paytaxtı Astanaya rəsmi səfər edib.
TurkicWorld xəbər verir ki, bu gün Astanada ikinci “Mərkəzi Asiya – Almaniya” sammiti keçiriləcək.
Şavkat Mirziyoyevi Qazaxıstanın Baş naziri Oljas Bektenov, Sadır Japarovu isə Qazaxıstan Respublikası Baş nazirinin müavini Qalimjan Koyşibayev qarşılayıb.
Onlar Asiya ölkələrinin dövlət başçılarının və Almaniya Federal Kanslerinin ikinci görüşündə iştirak etmək üçün bu gün, sentyabrın 17-də Astanaya işgüzar səfərə gəliblər.
Qeyd edək ki, Japarov səfər çərçivəsində Almaniyanın Federal Kansleri Olaf Şolz ilə ikitərəfli danışıqlar aparacaq.