Bakı,TurkicWorld
23 avqust 2012-ci il tarixində Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində qurulmuş Türk Mədəniyyəti və İrsi Fondu 12 illiyini qeyd edir.
Bakı,TurkicWorld xəbər verir ki, Bişkekdə Türk Şurasının Sammitində Türk Dövlətlərinin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə Respublikalarının dövlət başçılarının qərarı əsasından təsis edilmişdir.
Türk dünyagörüşünə görə 12 illik “muşol jas” dövrü yenilənmə simvolu mənasına gəlir. Bu baxımdan, Fond fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı (TDT), Türksoy, Türk Akademiyası, TürkPA, Türk İnvestisiya Fondu kimi müttəfiq Türk təşkilatları ilə əməkdaşlıq edərək əhəmiyyətli uğurlar qazanmış, Türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox unikal layihələr həyata keçirmiş, Türk dünyası ölkələri arasında mövcud mədəni əlaqələri daha da möhkəmləndirmişdir.
Fonda bundan sonra da öz fəaliyyətində bu mühüm missiyanı davam etdirəcəyini, üfüqləri genişləndirməyə çalışacağını bildirib. O həmçinin Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması və təbliği üçün birgə daha çox işlərə imza atacaqlarından əmin olduğunu da vurğulayıb.
Sonda Fond bütün tərəfdaşlarına əvəzsiz dəstək və əməkdaşlıqlarına görə bir daha dərin minnətdarlığını bildirib.