Son dəqiqə

Azərbaycan Türkiyə Türkmənistan Botaş limanı

Ankarada Türkmən qazının Avropaya nəqli müzakirə olunub

Bakı. TurkicWorld:

Türkmənqaz və Türkmənpetrol rəsmilərindən ibarət nümayəndə heyəti və BOTAŞ-ın baş direktor müavini Mithat Aydının sədrliyi ilə Ankarada Türkmənistan qazının Türkiyəyə nəqli ilə bağlı görüş keçirilib.

TurkicWorld-un məlumatına görə, görüşdə Türkmənistan qazının Türkiyə və dünya bazarına çıxışı ilə bağlı iki dövlət şirkəti arasında daimi əlaqənin saxlanmasının vacibliyi vurğulanıb.

Görülən işlər çərçivəsində, birinci mərhələdə Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyəyə çatdırılması, qısa və uzunmüddətli perspektivdə isə bu qazın Türkiyə üzərindən Avropaya satılması nəzərdə tutulur.

İclasda o da qeyd olunub ki, Türkiyənin Azərbaycan və Türkmənistan qazını alıb LNG tədarük edərək Avropaya ixrac etməsi, Türkiyəni əsas qaz ixracatçısına çevirəcək.

Qeyd edək ki, Türkmənistanın təqribən 13,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olduğu halda, bu ölkə təbii qaz ehtiyatlarına görə dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yerdədir.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin dekabrında keçirilən “Türkiyə-Azərbaycan-Türkmənistan Dövlət Başçılarının 1-ci Zirvə Toplantısı”nda qaz sahəsində əməkdaşlığa hazır olduqlarının bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər