Son dəqiqə

Azərbaycan Bakı Metropoliteni Bakı AZCON Holding

Bakı Metropoliteni ilk dəfə NFC ödənişi edən sərnişinlərin sayını açıqlayıb

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

AZCON Holding şirkətlərindən olan Bakı Metropoliteni noyabr ayında ötən ilin eyni dövrü ilə müqayisədə 4,93% daha çox sərnişin daşıyıb.

TurkicWorld xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Bildirilib ki, bu ay həmçinin yeni texnoloji mərhələ ilə yadda qalıb – ilk dəfə NFC ödəniş sistemi tətbiq edilib və sərnişinlər tərəfindən böyük maraqla qarşılanıb.

NFC ilə daşınmış sərnişinlərin sayı: 2 157 384 nəfər

NFC bütün ödənişli keçidlərin 11%-ni təşkil edib.

Bu nəticələr sərnişinlərin sürət, rahatlıq və innovasiyanı seçdiklərini göstərir.

Metro isə sərnişin etimadına daha təhlükəsiz və çevik xidmətlərlə qarşılıq verir.

Mövzuya görə xəbərlər