Rusiya aviaşirkəti Azərbaycana reysləri ləğv edib

Rusiya aviaşirkəti Azərbaycana reysləri ləğv edib

Bakı. TurkicWorld:

Rusiyanın "Uralskie avialinii" şirkəti 2022-ci il oktyabrın 29-dək Azərbaycana aviareysləri ləğv edib.

TurkicWorld bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, "Uralskie avialinii" həmçinin Qazaxıstan, Özbəkistan və Ermənistana da reysləri ləğv edib.

Aviaşirkət bu marşrutları Avropa hava məkanının bağlanması ilə izah edib.

Xatırladaq ki, "Uralskie avialinii" Azərbaycana aviareysləri martın 8-dən dayandırıb.