İsrail BMT məktəbini bombalayıb

İsrail BMT məktəbini bombalayıb

Bakı,TurkicWorld

İsrail ordusu, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) aid məktəbi bombalayıb.

TurkicWorld xəbər verir ki, bu İsrailin 24 saatdan az müddətdə məktəbə ikinci bombardmanı olub.

Həmçinin İsrailin son saatlarda Nusayrat Qaçqınlar Düşərgəsinin şimalındakı bölgələri hədəf alan bir sıra hava və artilleriya hücumları nəticəsində çoxlu sayda fələstinlinin yaralandığını bildirilib.

Bu arada Qəzzada döyüşlər davam edir.

İsrailin çərşənbə günü Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.