THY ilə Silk Way West arasında texniki xidmət müqaviləsi imzalanıb

THY ilə Silk Way West arasında texniki xidmət müqaviləsi imzalanıb

Bakı. TurkicWorld:

Türk Hava Yolları (THY) Teknik A.Ş ilə Azərbaycanda fəaliyyət göstərən Silk Way West Airlines şirkəti arasında texniki xidmət və ehtiyat hissələrinin tədarükü üçün müqavilə imzalanıb.

TurkicWorld-un məlumatına görə, razılaşma sayəsində Silk Way West Airlines, THY Teknik AŞ-nin ehtiyat hissələrinə çıxış əldə edəcək və lazımi komponentlər üçün texniki xidmət və təmir xidmətlərindən faydalana biləcək.

Açıqlamada fikirləri yer alan THY Teknik AŞ-nin baş direktoru Mikayıl Akbulut, Silk Way West Airlines ilə uzunmüddətli əməkdaşlıq üçün ilk addımı atmaqdan xoşbəxt olduqlarını ifadə edib.

“Lider olmaqdan qürur duyuruq. Komponentlərə texniki xidmət sahəsində illik təcrübəmiz və geniş komponent inventarımızla dünya miqyasında həll ortağıyıq. Biz keyfiyyətli və etibarlı xidmətlərimizlə Boeing 777 yük təyyarələri parkına komponent xidmətləri göstərməklə Silk Way West Airlines-ın əməliyyat səmərəliliyinə töhfə verəcəyik",- deyə Mikayıl Akbulut bildirib.

"Biz əməliyyat imkanlarımızı gücləndirmək və ən yüksək standartda hava yükdaşıma xidmətini təmin etmək üçün THY Teknik A.Ş ilə güclərimizi birləşdirməkdən məmnunuq. Bu əməkdaşlıq sürətli yük daşımaları təmin etməyə verdiyimiz əhəmiyyəti sübut edir",- deyə Silk Way West Airlines-in direktoru əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_