2021-ci ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə 84 faiz çox konteyner daşınıb.
"ADY Container"dən TurkicWorld-a verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində BTQ ilə ümumilikdə 17 635 konteyner daşınıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9 598 konteyner çoxdur.
BTQ dəmiyolu xətti ilə yüklər əsasən Azərbaycandan tranzitlə keçməklə Çin – Türkiyə, Orta Asiya – Türkiyə və əks istiqamətlərdə daşınıb.