Son dəqiqə

Tarixdə bu gün

Tarixdə bu gün – 8 yanvar

Bakı, TurkicWorld

1297 Monako müstəqillik qazandı.

1916 Müttəfiq qüvvələr Çanaqqalada Osmanlı ordusunun müqavimətini qıra bilmədi. Onlar məğlub oldular və Gelibolu yarımadasından geri çəkilməyə başladılar. Uğursuzluğuna görə Britaniya Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Uinston Çörçill tutduğu vəzifədən istefa verib.

1918 ABŞ Prezidenti Vudro Vilson Nümayəndələr Palatasının və Senatın birgə iclasında Avropada daimi sülhü təmin etmək üçün onun adını daşıyacaq 14 prinsip irəli sürdü.

1945 İskəndərun limanı istifadəyə verildi.

1946 Cəlal Bayar Demokrat Partiyasının (DP) lideri oldu.

1980 Türkiyədə yanacaq çatışmazlığı səbəbindən fabriklərin 80%-i istehsalı dayandırdı.

1986 8 sənətçiyə YÖK tərəfindən "professor" adı verildi. Bu ada layiq görülən sənətçilər arasında Yıldız Kenter, Hikmət Şimşək və Nevit Kodallı da olub.

1989 Böyük Britaniyanın Şərqi Midlend hava limanı yaxınlığında magistral yolda Boeing 737 tipli sərnişin təyyarəsi qəzaya uğradı: 46 nəfər öldü, 80 nəfər yaralandı.

1996 Evrensel qəzetinin müxbiri Metin Göktepe polis tərəfindən saxlanıldıqdan sonra Eyüp İdman Salonunun yanındakı parkda ölü tapılıb.

1996 Antonov 32 tipli yük təyyarəsi Kinşasada (Zair) bazara çırpıldı: 350 nəfər öldü.

2003 ABŞ Əfqanıstanda hərbi bazalar yaratmağa başladı.

2008 Orhan Alkaya İstanbul Şəhər Teatrlarının baş direktoru təyin edildi.

Mövzuya görə xəbərlər