Bakı, TurkicWorld
1812 Fransa İmperatoru Napoleon ordusu ilə birlikdə Moskvaya daxil oldu.
1829 Osmanlı dövləti ilə ruslar arasında Adrianopol müqaviləsi imzalandı.
1853 Türkiyə ilə Rusiya arasında Krım müharibəsi başlamışdır.
1867 Karl Marksın “Kapital” əsərinin birinci cildi nəşr olundu.
1867 ABŞ prezidenti Uilyam MakKinli Nyu-Yorkda yarmarka açarkən anarxist tərəfindən güllələndi. 12 saat sonra Teodor Ruzvelt onu əvəz etdi.
1920 Cənubi Azərbaycana İranın tərkibində geniş muxtariyyət verilməsi uğrunda mübarizə aparmış inqilabçı Şeyx Məhəmməd Xiyabani vəfat etmişdir.
1922 Türkiyənin İzmir şəhərinin Berqama rayonu yunan işğalından azad edildi.
1930 Türkiyədə Son Posta qəzetinin baş direktoru Selim Raqıp bəy (Emeç) həbs olundu.
1933 Türkiyə və Yunanıstan arasında Dostluq Müqaviləsi imzalandı.
1936Türkiyənin Milli Təhsil Nazirliyi ibtidai məktəblərdə tədris olunmaq üçün Murat Özgün və İlhan Gökçenin müəllifi olduğu “Əlifba” kitabını qəbul etdi.
1944 Türkiyədə Radiostansiyaların yaradılması və genişləndirilməsi haqqında qanun qəbul edildi.
1954 Fransa Türkiyəli professor Tevfik Remzi Kazancıgilə Legion d’Honneur ordeni verdi.
1954 SSRİ-nin Orenburq vilayətindəki Totskoe poliqonunda bütün qoşun növləri üzrə 45 min hərbçinin qatıldığı hərbi təlimdə 40 kilotonluq atom bombası sınaqdan keçirildi. |
1956 Türkiyənin Akış jurnalı müsadirə edildi.
1960 İraq, İran, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela OPEK təşkilatını qurdu.
1963 Ömürlük həbsə məhkum edilən keçmiş Demokratik Partiya Millət vəkili Zeki Erataman müalicə aldığı xəstəxanadan qaçdı. Daha sonra Erataman-ın Yunanıstandan sığınacaq istədiyi məlum oldu.
1969 Seyfi Tatar və Celal Sandal Balkan Boks Çempionatında çempion oldu.
1970 Fələstin partizanları İordaniyanın ikinci böyük şəhəri olan İrbiddə nəzarəti ələ keçirdi.
1971 Türkiyədə Elm və Sosializm nəşrlərinin sahibi Süleyman Ege Leninin “Dövlət və İnqilab” kitabına görə 7,5 il həbs cəzasına məhkum edildi.
1972 Türkiyədə musiqiçi Aşık Mahsuni baş naziri təhqir etdiyi iddiası ilə mühakimə olundu.
1974 Kino aktyoru və rejissoru Yılmaz Güney Adananın Yumurtalıq mahalının hakimi Sefa Mutlunu öldürdü.
1980 Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Alparslan Türkeş təslim oldu və Uzunadaya göndərildi.
1984 ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Co Kittinger dünyada ilk dəfə olaraq təkbaşına hava şarı ilə Atlantik okeanı üzərindən keçdi. |
1986 Türkiyənin keçmiş baş naziri Bülent Ecevit, “Demokratik Sol Partiyası (DSP) və Sosial Demokrat Xalq Partiyası (SHP) birləşsə, həyat yoldaşım və mən çıxıb gedəcəyik” dedi.
1996 Türkiyəli jurnalist Abdi İpekçinin qətlində şübhəli bilinənlərdən biri olan Oral Çelik İsveçrədən öz istəyi ilə Türkiyəyə gətirildi.
1997 Vanda hərbi helikopterin gərginlik xəttində ilişib düşməsi nəticəsində 10 əsgər şəhid oldu.
1998 İyirmi altı illik fasilədən sonra Bakıda Azərbaycan qadınlarının ilk Qurultayı işə başladı. Bu, müstəqilliyin bərpasından sonra Azərbaycan qadınlarının ilk belə forumu idi.
1999 Türkiyədə YÖK Rektorlar Komitəsi universitet şəhərciklərində, açıq və ya qapalı yerlərdə hicabın qadağan edilməsi ilə bağlı ortaq qərar qəbul etdi. Sinif otaqlarında, laboratoriyalarda, sosial obyektlərdə və idman meydançalarında hicab qadağan edildi.
2000 “Microsoft” şirkəti “Windows Milennium Edition” adlı əməliyyat sistemini istifadəyə verdi. |
2006 İstanbulda türkdilli dövlətlərin xüsusi xidmət orqanları rəhbərlərinin konfransı keçirilmişdir