Bakı, TurkicWorld
1819 Alabama ABŞ-ın 22-ci ştatı oldu.
1900 Alim Maks Plank Berlin Fizika Cəmiyyətinə kvant nəzəriyyəsini təqdim etdi.
1911 Norveçli Roald Amundsen Cənub Qütbünə çatdı.
1927 Çində Çan Kay-Şekin qüvvələri Kantonda kommunist qiyamını yatırtdı.
1939 Sovet İttifaqı Millətlər Liqasının üzvlüyündən çıxarıldı.
1954 Kipr məsələsi Birləşmiş Millətlər Təşkilatında müzakirə edildi. Türk nümayəndə Selim Sarper, "Kıbrıs türk sahillərindən 40 mil uzaqdadır. Yunanıstandan 600 mil uzaqlıqda olan bu ada Yunanıstana aid ola bilməz" dedi.
1955 Albaniya, Avstriya, Bolqarıstan, Kamboca, Seylon (indiki Şri-Lanka), Finlandiya, Macarıstan, İrlandiya, İtaliya, İordaniya, Laos, Liviya, Nepal, Portuqaliya, Rumıniya və İspaniya Birləşmiş Millətlər Təşkilatına daxil oldular.
1960 İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) yaradıldı. O, Ümumi Bazarın 9 üzvü və Avropa Azad Ticarət Assosiasiyasının 7 üzvü olan EFTA, ABŞ və Kanada tərəfindən təsis edilmişdir. Müqaviləni Türkiyə də imzaladı.
1962 NASA-nın Mariner-2 kosmik gəmisi Venera planetinin yaxınlığından keçdi. Mariner-2 Yerə Venera haqqında məlumat göndərdi.
1977 CHP üzvü Aytəkin Kotil İstanbul Bələdiyyə Başçısı oldu.
1989 Çilidə ilk demokratik seçkilər keçirildi.
1996 Ankarada İctimai İşçilərin Həmkarlar İttifaqı Konfederasiyasının (KESK) təşkil etdiyi “Demokratik dövlət, büdcə xalq üçün” mitinqində 100 min insan iştirak edib.
1999 Fransadan Türkiyəyə ekstradisiyasına qərar verilən mütəşəkkil cinayətkar Alaattin Çakıcı Türkiyəyə gətirildi.
2002 DYP-nin 7-ci növbədənkənar böyük qurultayında Elazığ millət vəkili Mehmet Ağar sədr seçildi.