Bakı, TurkicWorld
1910 Osmanlı Sosialist Firqəsi quruldu.
1916 Döyüşdə ilk tank Birinci Dünya Müharibəsi zamanı Fransanın Somme bölgəsində İngilis qoşunları tərəfindən istifadə edildi.
1917 Baş nazir Aleksandr Kerenski Rusiyada respublika elan etdi.
1918 Gəncədə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti, Cümhuriyyət parlamentinin orqanı olan “Azərbaycan” qəzetinin ilk sayı çapdan çıxdı
1918 Nuri Paşa komandanlığı altında Osmanlı, Azəri və Dağıstan qoşunlarından ibarət Qafqaz İslam Ordusu Bakını azad etdi.
1923 Lozanna müqaviləsinə əsasən Türkiyənin Edirne şəhərinə bağlı Karaağaç stansiyası yunanlardan geri alındı.
1923 Türkiyədə ilk üzgüçülük yarışı İstanbulun Büyükadasında Qalatasaray Klubu tərəfindən təşkil edildi.
1928 İngilis mikrobioloqu Aleksandr Fleminq penisillini əldə etdi.
1929 Türkiyənin paytaxtı Ankarada Müstəqil Rəssamlar və Heykəltəraşlar Birliyinin ilk sərgisi açıldı.
1935 Nürnberq qanunları ilə yəhudilər Almaniya vətəndaşlığından məhrum edildi.
1944 İkinci Dünya Müharibəsi zamanı, Britaniya Kral Hərbi Hava Qüvvələri 185 Alman təyyarəsini vurdu.
1949 Seçkilərində qalib gələn Konrad Adenauer Almaniya Federativ Respublikasının ilk kansleri oldu
1950 Koreya müharibəsi: ABŞ öz desantlarını Cənubi Koreyanın İnçxon şəhərinə yerləşdirdi.
1955 Türk pul vahidinin dəyərinin qorunması haqqında fərman qüvvəyə mindi.
1959 Nikita Xruşşov sovet liderləri arasında ilk dəfə ABŞ-a səfər etdi.
1961 Türkiyədə Yassıada Məhkəməsi Demokrat partiyasının 15 üzvünə ölüm, 32 üzvünə isə ömürlük həbs cəzası verildi.
1963 Əhməd Bin Bella Əlcəzairin ilk prezidenti oldu
1966 Balkan yarışlarında marafonçu İsmail Akçay Balkan Çempionu, Hüseyin Aktaş isə ikinci oldu.
1975 Beyrutda xristianlarla müsəlmanlar arasında vətəndaş müharibəsi başladı
1982 İsrail Beyrutu işğal etdi.
2002 Türkiyənin Manisa Etnoqrafiya və Arxeologiya Muzeyi qarət edildi. Oğurluq zamanı Ellinizm dövrünə aid Marsyas və Roma dövrünə aid Eros heykəlləri oğurlandı.
1656 Köprülü Mehmed Paşa sədrəzəm vəzifəsini qəbul etdi.