TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası başa çatıb

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclası başa çatıb

Bakı. TurkicWorld:

Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi keçirilir.

TurkicWorld-un məlumatına görə, UNESCO üzrə Milli Komissiyaların nümayəndələri və UNESCO üzrə 10 Afrika ölkəsinin Milli Komissiyalarının Baş katiblərinin iştirak etdiyi tədbirdə Bakıda keçirilən 9-cu iclasın yekun bəyanatı qəbul ediləcək.

Bağlanış mərasimindən sonra qonaqlar Şuşa şəhəri ilə tanış olacaq, "Qarabağ" muğam qrupunun ifasında konsert proqramı təşkil ediləcək.

Qeyd edək ki, aprelin 7-də Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının açılış mərasimi keçirilib. Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb.