Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Bakı. TurkicWorld:

2019-cu ildə keçirilmiş əhalinin siyahıya alınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il yanvar ayının 1-i vəziyyətinə 10127145*) nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən TurkicWorld-a verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Cari ilin əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 23,1 faizi Bakı şəhərində, 9,2 faizi LənkəranAstara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,2 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,1 faizi Mil-Muğan, 4,8 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayıb.

Ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfər olub və bu göstərici Bakı şəhərində (1092 nəfər), Abşeron-Xızı (234 nəfər), Lənkəran-Astara (153 nəfər) iqtisadi rayonlarında ölkə səviyyəsindən yüksək olub.