Son dəqiqə

Azərbaycan Təhsil Tələbə Krediti Fondu təhsil beynəlxalq mükafat Sosial təsir fondu Təhsil kreditləri

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

BAKI,TurkicWorld

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu “Global Banking & Finance Awards 2026” proqramı çərçivəsində “Azərbaycanın ən yaxşı sosial təsir fondu 2026” mükafatına layiq görülüb. Fondun adı proqramın rəsmi qaliblər siyahısında yer alıb.

TurkicWorld xəbər verir ki, mükafat Təhsil Tələbə Krediti Fondunun tələbələrin təhsil imkanlarının genişləndirilməsi, təhsilə əlçatanlığın artırılması və təhsildə bərabər imkanların yaradılması istiqamətində fəaliyyətinin beynəlxalq səviyyədə tanınması baxımından əhəmiyyət daşıyır.

Fond fəaliyyətini sosial və standart təhsil tələbə kreditləri vasitəsilə həyata keçirir. Bu kreditlər gənclərin təhsil haqqı xərclərinin maliyyələşdirilməsinə dəstək göstərir.

Bildirilib ki, bu, Təhsil Tələbə Krediti Fondunun 2026-cı ildə qazandığı üçüncü beynəlxalq mükafatdır.

Mövzuya görə xəbərlər