Azərbaycanda ilk dəfə olaraq “Yeni klinika” tibb müəssisəsində “Cobas® 6800” cihazı vasitəsilə COVID-19 virusunu yüksək keyfiyyətli, tam avtomatlaşdırılmış qapalı sistemdə aşkarlamaq mümkündür.
REAL xəbər verir ki, bu testdən SARS-CoV-2 virusu şübhəsi olan xəstələrdə ağır tənəffüs çətinliyinə, ağırlaşmalara və potensial ölümə səbəb ola biləcək xəstəliyin inkişaf riskini qiymətləndirmək üçün istifadə edilir.
Belə ki, burun-udlaqdan alınmış yaxma nümunələri FDA – Fövqəladə İstifadə Səlahiyyəti (EUA) altında tam avtomatlaşdırılmış “Cobas® 6800” sistemində işləmə alınaraq qısa zaman ərzində cavablandırılır.
Məlumat üçün bildirək ki, “Cobas® SARS-CoV-2” analizi tək bir nümunədə həm spesifik “SARS-CoV-2”, həm də “SARS-CoV-2”-yə daxil olan “Pan-Sarbecovirus” ailəsini təyin edən tək yuvacıqlı iki hədəfli analizdir.
Qeyd edək ki, Azərbaycanda yalnız “Yeni klinika” tibb müəssisəsində istifadə olunan “Cobas® 6800” sistemində nəinki “SARS-CoV-2” virusunu, həmçinin hepatit viruslarının, qrip və bir sıra başqa virusları da təyin etmək mümkündür.




