Son dəqiqə

Əli Əsədov Xüsusi karantin rejimi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

BAKI,TurkicWorld

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 oktyabr saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, sonuncu dəfə xüsusi karantin rejimi 2026-cı il 1 iyul saat 06:00-dək uzadılmışdı.

Mövzuya görə xəbərlər