Son dəqiqə

Polşa memarları Bakının memarlıq irsi İosif Ploşko İosif Qoslavski İsmailiyyə binası

“İsmailiyyə”dən Tağıyev sarayınadək - Polyak memarlarının Bakıya töhfəsi

BAKI,TurkicWorld

Bu ilin Ali Baş Komandanımız İlham Əliyevin sərəncamı ilə “Şəhərsalma ili” elan edilməsi şəhərlərin planlı inkişafı və memarlıq irsinin yenidən dəyərləndirilməsi aktuallaşmışdır. Ölkəmizin şəhərsalma tarixi müxtəlif mədəni təsirlərin və memarlıq ənənələrinin sintezi nəticəsində formalaşmışdır. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı şəhəri sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövrdə dünyanın bir çox yerlərindən Bakıya qazanc üçün yalnız iş adamları deyil, onlarla yanaşı memarlar, mühəndislər də gəlirdi. Avropa memarlarının, o cümlədən polyak mütəxəssislərinin fəaliyyəti şəhərin memarlıq simasının formalaşmasında mühüm rol oynamışdır. Polyak memarlarının layihələndirdiyi binalar bu gün də Bakının tarixi irsinin ayrılmaz hissəsi kimi qalmaqdadır.

Bu dövrdə Bakıya gələn polyak memarları arasında İosif Ploşka layihələndirdiyi memarlıq abidələrinə görə fəqlənməkdədir. İ.Ploşka Bakı şəhərində çoxsaylı tikililərin müəllifi olub. Həmçinin tanınmış milyonçular da İ.Ploşkaya tikililərini sifariş edirdilər. Memar Avropa klassikası, Venesiya və Fransa qotikası ilə binaları layihələndirmişdi. Milyonçularımızdan Ağamusa Nağıyev də sifarişçilər arasında fərqlənir. Poloşkaya A.Nağıyevdən əlavə Murtuza Muxtarov, Nuru Əmiraslanov və.s şəxslər də sifarişlər etmişdilər. Həmçinin bu gün də mövcud olmaqda olan “İsmailiyyə” binası İ. Ploşkanın layihələndirdiyi ən yaxşı monumental səciyyəli memarlıq abidələrindəndir.

Digər polyak memarlarından İ. Qoslovski bacarıq və qabiliyyətinə görə kəskin fəqlənməkdə idi. Qoslovski Bakıda olduğu 9 il ərzində 22 layihənin müəllifi olmuşdur. Onun bu məhsuldarlığı hamını heyran edirdi. Həmçinin İ. Qoslovski H.Z.Tağıyevlə yaxından əməkdaşlıq etmişdi. O, H.Z.Tağıyevin sarayı (indiki Tarix Muzeyi), Tağıyevin villası, Tağıyevin toxuculuq binası, Tağıyevin Müsəlman Qızlar Məktəbinin binası (indiki Əlyazmalar İnstitutu), Tağıyevin teatrı (P.İ.Kognovski ilə birgə) və.s bunun kimi digər binaları layihələndirmişdi. Mətbuatda İ.Qoslovskini “Qafqazlı Rastrelli” adlandırırdılar.

Polyak memarları yalnız Bakı şəhərində deyil, Azərbaycanın digər regionlarında da tanınırdı. Belə ki, memar Yozef Ploszko Şamaxıda başç vermiş zəlzələdən sonra Şamaxı şəhərində olan Cümə Məscidinin bərpasına yaxından nəzarət etmişdi. Yozef kimi digər memarlar da Azərbaycanın regionlarında memarlıq abidələrinin bərpasında və tikintisində yaxından iştirak etmişdilər.

2019-cu il 31 may tarixində Bakıda Polşa memarları küçəsində “polşa memarlarının xatirəsinə həsr olunan lövhə”nin açılış mərasimi keçirilib. Tədbir mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda iştiak edib.

Bu zaman Bakının küçələrinin birinə Polşa memarlarının adının yaşadılması məqsədi ilə “Polşa memarları” adı verilmişdir. Binanın birində Polşa memarları İ.Qoslavski, K.Skuraeviç, İ.Ploşka, Y.Skibinskinin və.s memarların adları xatirə lövhəsinə həkk olunmuşdur.

Polşa memarlarının fəaliyyəti təkcə memarlıq baxımından deyil, həm də Azərbaycan-Polşa mədəni əlaqələrinin inkişafı baxımından da böyük əhəmiyyət danışyır. Bu irs müasir dövrdə şəhərsalma siyasətində tarixi dəyərlərin qorunması və yenidən qiymətləndirilməsi üçün mühüm örnək kimi çıxış edir.

Aydan Quliyeva