Son dəqiqə

Azərbaycan Suriya Bakı Dəməşq ikitərəfli əlaqələr

Azərbaycanın Dəməşqdəkı səfirliyinin dəstəyi ilə Banias və Humusda min ailəyə qurban əti paylanılıb

BAKI,TurkicWorld

Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı səfirliyinin dəstəyi ilə humanitar aksiya keçirilib.

TurkicWorld xəbər verir ki, aksiya çərçivəsində Banias və Humus şəhərlərində ehtiyacı olan minə yaxın ailəyə qurban əti paylanılıb.

Səfirliyin nümayəndələri bildiriblər ki, bu cür xeyriyyə tədbirləri iki ölkə xalqları arasındakı dostluq və həmrəylik münasibətlərinin göstəricisidir. Yardım alan yerli sakinlər göstərilən diqqət və dəstəyə görə Azərbaycana öz minnətdarlıqlarını ifadə ediblər.

Mövzuya görə xəbərlər