Son dəqiqə

Leyla Əliyeva Arzu Əliyeva

Leyla Əliyeva və Arzu Əliyeva Lənkəranda uşaq evini ziyarət ediblər

BAKI,TurkicWorld

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Lənkəran şəhərində Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər.

TurkicWorld xəbər verir ki, Leyla Əliyeva və Arzu Əliyeva müəssisədə tərbiyə alan uşaqlarla görüşüb, onlarla səmimi söhbət edib və gündəlik məşğuliyyətləri ilə maraqlanıblar. Görüş çərçivəsində uşaqlarla birlikdə dulusçuluq nümunələri hazırlanıb. Onlar uşaqların yaradıcılıq prosesində iştirak edib, xoş vaxt keçirib və hədiyyələr təqdim ediblər.

Mövzuya görə xəbərlər