Son dəqiqə

ANAMA

Bakıda “Böyük Qayıdış naminə təhlükəsiz gələcək” adlı forum keçirilir

Bakı. TurkicWorld:

Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Gənclər Fondunun tərəfdaşlığı, "Böyük Qayıdış" Gənclər Təşkilatının təşəbbüsü ilə "Böyük Qayıdış naminə təhlükəsiz gələcək" adlı forum keçirilir.

TurkicWorld xəbər verir ki, tədbirdə ANAMA, Gənclər Fondu və "Böyük Qayıdış" Gənclər Təşkilatının rəhbər şəxsləri, məsul nümayəndələri iştirak edirlər.

Tədbirin məqsədi ölkəmizdə mina təhlükəsinə diqqətin artırılması, eləcə də gənclər arasında mina təhlükəsi ilə bağlı məlumatlandırma işinin gücləndirilməsidir.

Xəbər yenilənəcək

Mövzuya görə xəbərlər