BAKI,TurkicWorld
Kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
TurkicWorld xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, subsidiya ödənişləri, balıqçılıq və akvakultura təsərrüfatının inkişafı və digər məsələlərlə bağlı olub.
Nazir müavini Zaur Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Qəbuldan sonra Salyan DAİM-in inzibati binasında ətraf rayonların DAİM-nin direktorlarının iştirakı ilə müşavirə keçirilib. Müşavirədə aqrar sahənin aktual məsələləri, regionda kənd təsərrüfatının mövcud inkişaf vəziyyəti, fermerlərin qarşılaşdıqları problemlər və onların həlli istiqamətində görülən tədbirlər müzakirə olunub. Həmçinin qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.







