Son dəqiqə

Yubilyar mədəniyyət xadimləri Fəxri diplomla təltif edildi Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi Xalq artistləri və rəssamlar nazirliyin mükafatına layiq görüldü Adil Kərimli yubilyarları təbrik etdi Mədəniyyət xadimlərinə dövlət qayğısı davam edir Nazirlikdə yubilyar sənətçilərlə görüş və təltif mərasimi

Mədəniyyət Nazirliyində sənət adamları ilə görüş keçirildi

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Mədəniyyət Nazirliyində bir qrup yubilyar sənət xadimi ilə görüş keçirilib.

TurkicWorld Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, fevralın 25-də təşkil edilən görüşdə Xalq artistləri Niyaməddin Musayev, Yusif Axundzadə, Gülbacı İmanova, Səkinə İsmayılova, Natiq Şirinov, Xalq rəssamları Ağaəli İbrahimov, Eldar Mikayılzadə və tanınmış uşaq yazarı Solmaz Amanova iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli qonaqları salamlayaraq onları yubileyləri münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Nazir bildirib ki, yubilyarların hər biri milli mədəniyyətimizin inkişafında mühüm rol oynayır və uzun illər ərzində sənət sahəsində göstərdikləri fəaliyyətlə ölkənin mədəni irsinə dəyərli töhfələr veriblər.

Adil Kərimli çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsində mədəniyyətə xüsusi önəm verildiyini vurğulayıb. O qeyd edib ki, dahi şəxsiyyət respublikaya rəhbərliyinin hər iki dövründə mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərib. Bu siyasətin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılıb.

Nazir vurğulayıb ki, mədəniyyətin inkişafı, qorunması və təbliği yaradıcı insanlara göstərilən yüksək diqqət və dəstək ilə paralel şəkildə həyata keçirilir. Dövlət başçısının sərəncamları ilə sənət adamlarının təqaüd və təltiflərə layiq görülməsi onların fəaliyyətinə əlavə stimul verir.

Tədbirin sonunda Adil Kərimli yubilyarlara Mədəniyyət Nazirliyinin Fəxri diplomlarını təqdim edib, onlara cansağlığı və yaradıcılıq uğurları arzulayıb. Mədəniyyət xadimləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Görüş birgə xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.