Son dəqiqə

Kanada Azərbaycan Evində Beynəlxalq Ana Dili Günü qeyd olunub Rob Oliphant Azərbaycan icması ilə görüşüb Ana dilinin qorunması məsələləri müzakirə edilib Kanada Azərbaycan Evi parlament üzvü ilə görüş keçirib Diaspor gənclərinin fəallığı gündəmdə olub Ana dili və mədəni kimlik mövzusu diqqət mərkəzində

Kanada Azərbaycan Evində Beynəlxalq Ana Dili Günü münasibətilə görüş keçirilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Beynəlxalq Ana Dili Günü münasibətilə Kanada Azərbaycan Evində xüsusi görüş təşkil olunub.

TurkicWorld xəbər verir ki, tədbirdə Kanada Parlamentinin üzvü və Xarici İşlər Nazirinin Parlament katibi Rob Oliphant iştirak edib.

Görüş zamanı ana dilinin qorunması, mədəni kimliyin yaşadılması və gənclərin Kanada cəmiyyətində fəal vətəndaş kimi iştirakının təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə vurğulanıb ki, ana dilinin inkişafı və qorunması milli-mədəni dəyərlərin saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, diaspor gənclərinin yaşadıqları ölkənin ictimai həyatında aktiv iştirakı və inteqrasiyası məsələləri də diqqət mərkəzində olub.

Kanada Azərbaycan Evi Rob Oliphant-a icmaya göstərdiyi diqqətə və gənclərlə səmimi dialoqa görə təşəkkürünü bildirib.