Son dəqiqə

Fevral ayının pensiya ödənişləri başa çatdı: Bütün bölgələr əhatə olundu Dövlət Sosial Müdafiə Fondu pensiya ödənişlərini yekunlaşdırdı Azərbaycanda pensiya ödənişi prosesi tamamlandı – 20 fevral 2026 Artımlı pensiyalar artıq kartlardadır: Kimlər nə qədər əlavə aldı? DSMF-dən rəsmi açıqlama: Fevral ayı üzrə öhdəliklər yerinə yetirildi

Dövlət Sosial Müdafiə Fondu pensiya ödənişlərini yekunlaşdırdı

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə fevral ayının pensiya ödənişləri yekunlaşdırılıb.

TurkicWorld Dövlət Sosial Müdafiə Fonduna istinadən xəbər verir ki, fevralın 13-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində yaşayan şəxslərin fevral ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

1 yanvar 2026-cı ilədək təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 faiz indeksləşdirilərək artırılıb. Fevral ayının pensiyaları da yeni artımlarla birgə ödənilib, həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.