BAKI, TurkicWorld
“Facemark” və “Mutfakçı” şirkətlərinin təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, yenilikçi şirkətlərini və peşəkar icmasını bir araya gətirəcək İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 keçiriləcək.
Rafiq Hunaltay – “Facemark” şirkətinin təsisçisi
Rafiq bəy, “Facemark” şirkəti olaraq ölkəmizdə müxtəlif istiqamətlərdə tədbirlər təşkilatçısı olaraq tanınırsınız. Bu miqyasda interyer, mebel, inşaat və memarlıq sahələrini bir platformada toplamaq ideyası necə yarandı və təşkilati baxımdan hansı mərhələlərdədir?
“Facemark” olaraq əsas məqsədimiz ölkəmizdə müxtəlif sahələrdə peşəkarları, şirkətləri və yenilikləri bir araya gətirərək bilik və təcrübə mübadiləsi üçün platforma yaratmaqdır. İnteryer, mebel, inşaat və memarlıq sahələrini bir forumda toplamaq ideyası, həm sektorda sinerji yaratmaq, həm də iştirakçılara kompleks baxış təqdim etmək ehtiyacından yaranıb.
8–9 may tarixlərində keçiriləcək 2 günlük forumun proqram strukturu necə qurulub? Hər günün konsepti və əsas fokus mövzuları nə olacaq?
8–9 may tarixlərində keçiriləcək 2 günlük forum, iştirakçılara həm nəzəri bilik, həm də praktiki təcrübə təqdim etmək məqsədilə planlaşdırılıb. Birinci gün innovasiya və trendlərə həsr olunacaq, aparıcı mütəxəssislərin təqdimatları və panel müzakirələr iştirakçıları ilhamlandıracaq. İkinci gün masterklasslar və interaktiv workshoplar vasitəsilə praktiki biliklər və əməkdaşlıq imkanları təqdim olunacaq. Forum həm bilik, həm təcrübə, həm də şəbəkələşmə üçün əla platforma olacaq.
Forumları təşkil edərkən uğurlu tədbir anlayışını necə müəyyənləşdirmisiniz? Sizin üçün uğurun əsas göstəriciləri nələrdir?
“Facemark” olaraq uğurlu tədbir anlayışını iştirakçıların həm bilik, həm təcrübə, həm də şəbəkələşmə baxımından dəyər əldə etməsi ilə müəyyənləşdiririk. Bizim üçün uğurun əsas göstəriciləri arasında iştirakçı sayının keyfiyyəti, proqramın sahəyə uyğunluğu, spiker və mütəxəssislərin təqdimatlarının faydalılığı, həmçinin iştirakçıların forumdan sonra yeni əməkdaşlıqlar qurması və əldə etdikləri bilikləri praktikada tətbiq edə bilməsi yer alır. Yəni uğur, yalnız saylarda deyil, tədbirin real təsirində ölçülür və iştirakçılara verdiyi dəyərdə əks olunur.
İlkin Manafov – “Mutfatçı” şirkətinin təsisçisi
İlkin bəy, ölkəmizdə interyer, mebel, inşaat və memarlıq sahələrinin hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz və bu forum bu inkişaf prosesinə hansı töhfəni verməyi hədəfləyir?
İlk öncə qeyd etməliyəm ki, Azərbaycanımızda inşaatın - memarlığın çox dərin tarixi var. Bu tarix ənənə ölkəmizdə hər gün dahada inkişaf edir. Təsadüfi deyil ki, ölkə Prezidenti tərəfindən bu ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi məhz bu sahəyə verilən yüksək önəmin göstəricisidir. İM Forumda biz ölkəmizdə bu sahədə geniş söz sahibi olan insanları bir araya gətirərək fikir mübadiləsi təşkil edirik. Bu memarlıq, mebel, inşaat kimi sahələrin inkişafına çox ciddi təsirlər edir.
Forumun spiker seçimi zamanı əsas prioritetləriniz nələrdir – praktik təcrübə, bazardakı nüfuz, beynəlxalq təcrübə, yoxsa innovativ yanaşma?
Biz forumda dünya təcrübəsini lokal icralarla sintez etməyi planlaşdırırıq. Hər nə qədər inşaat, interyer və mebel kimi sahələr qlobal şirkətlər tərəfindən idarə olunsa da, ümumi istiqamət lokal zövqlərlə formalaşır. Necə deyərlər, forumda biz qlobal istiqaməti tutacağıq. Həmçinin, qeyd etmək istəyirəm ki, forum çərçivəsində biz konsept sərgi də edəcəyik. Burada da beynalxalq şirkətlərlə yanaşı, yerli biznesdə öz məhsul xidmətlərimizi təqdim edəcək.
Məlumdur ki, forumu tamamlayan onun iştirakçı kütləsidir. Bilet satışlarına maraq hazırda hansı səviyyədədir və iştirakçı auditoriyasının profili əsasən kimlərdən ibarətdir?
Biletlərə çox aktiv maraq var. İştirakçılar çox həvəsli formada biletləri tez əldə etmək istəyirlər. Burda iki məqam var: həm biletlər bitə bilər, həm də biletləri tez almaq qiymət cəhətdən daha sərfəlidir. Düşünürəm ki, çox maraqlı Forum - Sərgi bizi gözləyir.







