BAKI,TurkicWorld
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktiv məşğulluq proqramlarının əhatə dairəsi ildən-ilə genişlənməklə, bu proqramlara cəlb edilənlərin sayı da ciddi şəkildə artıb.
TurkicWorld xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
2018-ci ilə nisbətən 2025-ci ildə işlə təmin olunanların sayı 3,6 dəfə artaraq 189 min nəfər, özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2,7 dəfə artaraq 16,8 min nəfər təşkil edib.
Ötən il 18,4 min nəfər peşə hazırlığına cəlb edilib ki, bu göstəricilər 2018-ci illə müqayisədə müvafiq olaraq 7,1 dəfə çoxdur.
Peşəyönümü xidmətlər göstərilən şəxslərin illik sayı isə qeyd edilən dövrdə 3 dəfəyə yaxın artaraq 342,7 minə çatb.







