Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakı Almaniya Dövlət Məşğulluq Agentliyi

Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib

BAKI,TurkicWorld

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agetliyində Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndələri ilə görüş keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agetliyindən məlumat verilib.

Görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Nargis Vik, eləcə də hər iki qurumun məsul nümayəndələri iştirak ediblər.

Görüş zamanı Hasil Abbasov qonaqlara Agentliyin fəaliyyət istiqamətləri, həyata keçirilən aktiv məşğulluq proqramları, işəgötürənlərlə əməkdaşlıq mexanizmləri barədə ətraflı məlumat verib. O, Agentliyin əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması, özəl sektorla tərəfdaşlığın genişləndirilməsi və beynəlxalq təcrübənin tətbiqinə xüsusi önəm verdiyini vurğulayıb.

Daha sonra hər iki qurumun fəaliyyət istiqamətləri barədə qarşılıqlı məlumat mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə edilib. Görüşün yekununda gələcəkdə birgə təşəbbüslərin reallaşdırılması istiqamətində razılıq əldə olunub.

Mövzuya görə xəbərlər